“Biz problemi həll edənə qədər siz malı gətirin” – Gömrük Komitəsindən şirkətlərə müraciət
“Smart Customs” tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranan texniki problemlərin aradan qaldırılıması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bəyanetmə prosesində yaranan çətinliklər tezliklə aradan qaldırılacaq.
Məlumatı Dövlət Gömrük Komitəsi yayıb.
Bildirilib ki, daşıyıcı şirkətlər yaranmış problem həllini tapanadək xarici anbarlarındakı malları ölkəyə gətirə bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur.