Səhiyyə Nazirliyi: 814 çağrı mərkəzi müvəqqəti olaraq işləmir
Xətlərdə yaranan texniki nasazlıq səbəbindən 814 çağrı mərkəzi müvəqqəti olaraq işləmir.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, problem gün ərzində aradan qaldırılacaq. Vətəndaşlardan 9103 qaynar xətti ilə əlaqə saxlamaları xahiş olunur.