Nazir: “Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatı ilə bağlı artım proqnozlaşdırılır”
“Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatı ilə bağlı artım proqnozlaşdırılır”.
Bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, beynəlxalq valyuta fondunun oktyabr ayında dərc edilən proqnozunda ölkə iqtisadiyyatının 2% həcmində artması proqnozlaşdırılıb: “2021-ci illə bağlı proqnozları biz çox böyük qeyri-müəyyənlik şəraitində edirik. Biz bu proqnozları hazırlayarkən proqnozların dəqiqliyinə baxırıq. Amma bu şəraitdə də təqdim etdiyimiz proqnozların özünü doğruldacağına inanırıq. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı konsepsiya İqtisadi Şurada müzakirə edilib. İşğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ilk olaraq tikinti sahəsinin buna cəlb edilməsi deməkdir”.