Ermənistanın təcavüzü nəticəsində evi dağıdılan və ya qəzalı vəziyyətə düşən hər ailəyə məişət əşyalarına dəymiş ziyana görə 6000 manat ödəniləcək
Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manta məbləğində maddi yardım ödəniləcək.
Bu barədə Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamında bildirilir.
Şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində yardım nəzərdə tutulur.