ARDNF ötən ay valyuta satışını 11,6% azaldıb, yanvar-noyabrda 16,6% artırıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2020-ci ilin noyabr ayı ərzində 495,5 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.
Məlumata əsasən, noyabrda valyuta satışında oktyabr ayı ilə müqayisədə 11,6% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin okyabrında ARDNF tərəfindən 560,3 mln. dollar məbləğində vəsait satılıb. Ötən ilin noyabr ayı ilə müqayisədə isə bu göstərici 8,2% azalıb.
İstinad: APA.