Azərbaycanda bank sektorunun kredit qoyuluşları 2%-dən çox artıb
Bu ilin noyabr ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 409,3 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu göstərici son bir ayda 0,6% azalıb, son bir ildə isə 2,4% artıb.
Bu ilin əvvəli ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 3,3% azalıb.