Azərbaycan qaz ixracını 16% artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 2 044 476,78 min ABŞ dolları dəyərində 11 143 430,25 min kubmetr təbii qaz ixrac edib.
Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında aparılan hesablamalara görə, bu ilin 10 ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,6%, həcmi isə 16,2% çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycan 2 366 833,7 min ABŞ dolları dəyərində (57,9% artım) 12 537 405,17 min kubmetr (58,7% artım) təbii qaz ixrac edib.