Bakıda orta aylıq əmək haqqı 900 manatı keçib
Bu ilin yanvar-avqust aylarında Bakıda muzdlu işçilərin sayı ötən ilin eyni dövrünə nisbətən 61 429 nəfər artaraq 835 076 nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Məlumata görə, son 1 ildə paytaxtda çalışanların orta aylıq nominal əmək haqqı isə 14,1% artaraq 938,4 manat olub.
Hesabat dövründə Bakıda işsizlikdən sığorta ödənişi alan 172 nəfərə hesablanmış orta aylıq məbləğ 403,2 manat təşkil edib. İşsiz şəxslərdən 163 773 nəfəri qadınlar olub.
İşçi qüvvəsinə olan tələbat sentyabr ayının axırına şəhər üzrə cəmi 16 209 nəfər təşkil edib ki, onlardan da 9 436 nəfəri peşə və ixtisası olmayan şəxslərdir.