İzmirdə ölü sayı yenidən artdı…
![](https://iqtisadchi.az/wp-content/uploads/2020/11/izmir-deprem.jpg)
İzmirdə zəlzələdən ölənlərin sayı 79-a çatıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib. Yaralı sayı isə 962 nəfərdir. Yaralananlardan 743 nəfər xəstəxanadan buraxılıb, 219 nəfərin isə müalicəsi davam edir.
İzmirdə 8 binada hələ də xilasetmə işləri aparılır.
Zəlzələ sonrası 1120 afterşok qeydə alınıb. Onlardan 43 afterşokun maqnitudası 4 baldan yuxarıdır.