MN: Düşmənin hərbi müqaviləliləri və polis əməkdaşları cəbhəyə getməkdən boyun qaçırır
Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, döyüşlərə cəlb etmək məqsədilə 2 000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq, cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.