Kredit qoyuluşları artıb. MB açıqladı.
Bu ilin oktyabr ayının 1-nə Azərbaycanın bank sektorunun kredit qoyuluşları 14 497 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu göstərici son bir ayda 1,3%, son bir ildə isə 4,5% artıb.
Bu ilin əvvəli ilə müqayisədə isə kredit qoyuluşlarının həcmi 2,7% azalıb.
İstinad: APA.