Beynəlxalq aləm bu cür pərt olma görməyib! Ermənistan prezidenti NATO-dan əliboş qayıtdı!
Ötən gün Ermənistan prezidenti Armen Sarkisyan Belçikaya səfəri çərçivəsində NATO Baş Katibi Yens Stoltonberqlə görüş keçirib. Etibarlı mənbədən alınan məlumatlara əsasən görüş zamanı rəsmi İrəvana heç bir şəkildə NATO-dan dəstək ala bilməyəcəyi izah edilib. Ermənistan prezidenti ən azından siyasi dəstəyə ümid etsə də, NATO-nun Baş Katibi bunun qeyri-mümkün olduğunu deyib, Ermənistan və Azərbaycana münasibətlərinin eyni olduğu vurğulayıb.
Görüşdən sonra keçirilən mətbuat konfransı cəmi 6 dəqiqə davam edib və 2 dəqiqəlik çıxışı zamanı NATO Baş Katibi Yens Stoltonberq kəskin şəkildə bu sözləri vurğulayıb:
“NATO münaqişənin tərəflərindən biri deyil!”
Ermənistan prezidentinin Belçika səfəri tamamilə fiaskoa uğrayıb.