Mülki vətəndaşlarımız yenə də terrora qarşı! Atəş davam edir!
Ermənistan Azərbaycanlı mülki vətəndaşlarına qarşı müharibə cinayətlərini davam etdirir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
O qeyd edib ki, 20 oktyabrda 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:
– Tərtər – 423 mərmi
– Ağdam – 49 mərmi
– Ağcabədi – 24 mərmi
– Goranboy – 2 mərmi
– Naftalan/Goranboy – “Smerch” raketləri.
Tərtərdə 2 mülki şəxs həlak olub, biri yaralanıb.