Qeyri-neft-qaz mәhsullarının ixracı azalıb

American President with a face mask against CoV Corona Virus infection.

Yanvar-avqust aylarında qeyri-neft-qaz mәhsullarının ixracı 2019-cu ilin eyni dövrü ilә müqayisәdә faktiki qiymәtlәrlә 9,7 faiz, real ifadәdә isә 18,4 faiz azalaraq 1 milyard 153,2 milyon dollara bәrabәr olub.

Qeyri-neft-qaz mәhsulları üzrә ixracın dәyәrindә Rusiyaya (39 faiz), Türkiyәyә (19,7 faiz), İsveçrәyә (12 faiz), Gürcüstana (8 faiz), Çinә (2,8 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (1,8 faiz), Qazaxıstana (1,5 faiz), İrana (1,2 faiz), Belarusa (1 faiz), Türkmәnistana (1 faiz), ABŞ-a (0,9 faiz) göndәrilmiş malların payı üstünlük tәşkil edib.

Mənbə: AZƏRTAC

Leave a Reply

Your email address will not be published. Required fields are marked *