2 şəhər və 8 rayonda kafe və restoranların fəaliyyəti dayandırılıb

2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində kafe və restoranların fəaliyyəti dayandırılır.

Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *