Ərdoğan: “Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək….”
“Türkiyənin regional və qlobal gücü artdıqca ölkəmizə olan hücumların artması bir həqiqətdir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) 9 vilayətdə keçirilən konqresində videokonfrans formatında çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə Şərqi Aralıq dənizindən Qarabağadək ortaya qoyduğu güclü iradəni dünyaya nümayiş etdirib: “Türkiyə öz həmlələri ilə zülm və müstəmləkələr üzərində qurulan əsirlik planları kökündən dəyişdirə bilib. Artıq bağlı qapılar arxasında qurulan planlar məsumların qanı bahasına baş tutmur. Bu planları pozan bir ölkə olaraq Türkiyənin masa başında oturmaması mümkündürmü? Kim nə deyirsə desin tarix öz hökmünü verir”, – deyə Ərdoğan qeyd edib.