Əhalinin nominal gәlirlәri artıb
Yanvar-avqust aylarında ölkә әhalisinin nominal gәlirlәri 36 milyard 809,4 milyon manat tәşkil edib vә әvvәlki ilin eyni dövrünә nisbәtәn 0,1 faiz artıb.
İqtisadchi.az AZƏRTAC-a istinadla bildirilir ki, bu dövrdә ölkәnin istehlak bazarında qiymәtlәrin artımı әhalinin gәlirlәrinin artımını 2,8 faiz bәndi üstәlәyib. Bütün icbari vә könüllü ödәnişlәr edildikdәn sonra әhalinin sәrәncamında 33 milyard 171 milyon manat vәsait qalıb.