Əhalinin həyat keyfiyyəti normaldırmı? Nələrə diqqət edilməlidir?

Məlum məsələdir ki, işsizlik səviyyəsi yüksəldikcə əhalinin orta yaşam səviyyəsi azalır. Həyat keyfiyyətinin yüksəldilməsi bir çox ölkələrdə hər zaman aktual məsələ olaraq qalıb. Əhalinin həyat keyfiyyəti dedikdə ilk olaraq ağla gələn bütövlükdə xalqın tələbatının ödənilmə dərəcəsidir. Bu amili tədqiq etmək üçün əhalinin gəlir mənbəyini, nominal və real əmək haqqları ilə dərindən maraqlanıb araşdırmaq lazımdır.

Burada tədqiq olunmalı bəzi meyarlar var:

  • Həyat fəaliyyəti və səviyyəsi;
  • İnsanların gəlir mənbələri;
  • Gəlirlərin artıb, azalması;
  • Əhalinin həyat keyfiyyətinə müsbət və mənfi təsir göstərən amillər.

Əhalinin həyat səviyyəsi və keyfiyyəti iqtisadi sistemin tipindən və təbiətindən asılı olmayaraq bütün dövrlərdə cəmiyyətin sosial-siyasi stabilliyinin başlıca qarantiyası hesab olunur. Bu amillər sosial-iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri olub, cəmiyyət üzvlərinin ən vacib ehtiyyaclarının qarşılanmasının göstəricisi kimi xarakterizə olunur. Həyat keyfiyyəti və səviyyəsi istər bazar və qeyri-bazar təsərrüfatçılıq sistemində, istərsə də keçid dövründə əhalinin yaşayış təminatı kimi xarakterizə olunur. Bununla da, iqtisadiyyatda sosial kateqoriya kimi səciyyələndirilir.

Ardı var…

“iqtisadchi.az”la qalın!